Kolagirən qalası

Kolagirən qalası

Kolagirən qalası

Göyçə mahalının Aşağı Qaranlıq (09.09.1930-dan Martuni) rayonunun Kolagirən(03.01.1935-dən Tsavinar) kəndi kənarında e.ə.VIII yüzilin ikinci yarısına aid qədim türk qalasıdır. Oxumağa davam et

Ağasadıq Ağaəli oğlu Gəraybəyli (Gəraybəyov) (15 Mart, 1897, Şamaxı-1988, Bakı). Aktyor

Milli teatrımızın inkişafı yolunda sənət fədailərindən biri də teatrı varlığından artıq sevən, obrazlar qalereyası yaradan, tamaşaçı alqışı qazanan, dövlət mükafatlarına, fəxri adlara layiq görülən Ağasadıq Gəraybəyli olmuşdur. Ağasadıq Gəraybəylini səhnədə, ekranda, həyatda çox görmüşük. Bilirik ki, roldan-rola girməyini elə səhnədəcə qoyub evinə bəy kimi daxil olardı. Oxumağa davam et

Nəsibə Zeynalova – görkəmli satira ustası, Azərbaycanın xalq artisti (1967)

Oxumağa davam et

Aşıq Ələsgər (1821 – 1926) – Görkəmli ustad aşıq

Ələsgər Alməmməd oğlu

Ələsgər Alməmməd oğlu

Haqqında

Azərbaycan xalq şerinin ən böyük nümayəndələrindən və bu şerin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şerinə misilsiz xidmətlər göstərmişdir. Oxumağa davam et

Manaf Süleymanov – Azərbaycan yazıçısı, tərcüməçisi, məşhur “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabının müəllifi.

 

Azərbaycan yazıçısı, tərcüməçisi, məşhur "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabının müəllifi.

Azərbaycan yazıçısı, tərcüməçisi, məşhur "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabının müəllifi.

Həyatı

Manaf Fərəc oğlu Süleymanov (3 mart 1912, Lahıc – 12 sentyabr 2001 Bakı) – yazıçı, tərcüməçi, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, geologiya-mineralogiya elmləri namizədi (1942), dosent, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət Xadimi (1991) – 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirmiş (1930), sonra M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil almışdır (1932-1937). İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını almışdır. Oxumağa davam et

Fyodor Dostoyevski

Fyodor Dostoyevski

Fyodor Dostoyevski

Fyodor Mixayloviç Dostoyevski (rus. Фёдор Михайлович Достоевский; 11 noyabr 1821 – 9 fevral 1881) — rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri.

Mövzular

Dostoyevski, rəğbətlə qarşılanan ilk romanı “İnsancıqlar”dan sonra yazdığı “O biri” və “Ev Sahibəsi” ilə mənfi rəylər aldı və depressiyaya girdi. Ancaq yazar, özünü ruhi çöküntüyə aparan düşüncələrdən uzaqlaşmağı bildi. Xarici dünyadan qopan zehninin parçalanışını özü həll edən yazarın əsərlərindəki psixoloji baxımdan ən zəngin mövzu da cüt şəxsiyyət təmasıdır. Özünü ortadan qaldırmağa çalışan bənzəriylə davamlı qarşıdurma halı içərisində olan bir məmuru izah etdiyi “O biri” adlı əsərində daha sonra da işləyəcəyi bir mövzu olan cüt şəxsiyyət temasını işləmişdi. Oxumağa davam et

QƏDİM DÖVRLƏRDƏ VƏ ORTA ƏSRLƏRDƏ TƏSVİRİ SƏNƏTİN İNKİŞAFI

Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası (uz. 215-220 m) Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir. Oxumağa davam et

AZƏRBAYCAN MƏDƏNİYYƏTİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.

Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Oxumağa davam et

AZƏRBAYCAN MUSİQİ NÜMUNƏLƏRİ


Oxumağa davam et

Bu gün Su Çərşənbəsidi…

Su çərşənbəsi, Bu çərşənbəyə “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər. Su çərşənbəsində su və sumənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlifşənliklər keçirirlər. Oxumağa davam et