Posts Tagged ‘Tərcümələri’

Manaf Süleymanov – Azərbaycan yazıçısı, tərcüməçisi, məşhur “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabının müəllifi.

 

Azərbaycan yazıçısı, tərcüməçisi, məşhur "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabının müəllifi.

Azərbaycan yazıçısı, tərcüməçisi, məşhur "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabının müəllifi.

Həyatı

Manaf Fərəc oğlu Süleymanov (3 mart 1912, Lahıc – 12 sentyabr 2001 Bakı) – yazıçı, tərcüməçi, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, geologiya-mineralogiya elmləri namizədi (1942), dosent, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət Xadimi (1991) – 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirmiş (1930), sonra M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsində təhsil almışdır (1932-1937). İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını almışdır. Oxumağa davam et