Posts Tagged ‘tamaşa’

Unudulmaz sənətkarlar – Möhsün Sənani

Sənət dünyamızda əbədiyaşarlıq qazanmış sənətkarlardan söz düşəndə ilk xatırlananlardan biri də Xalq artisti Möhsün Sənanidir. O, milli aktyorluq sənətimizin inkişafına, teatr sənətimizin və kinomuzun parlaq gələcəyinə layiqli töhfələr verib…
Oxumağa davam et

Qara Qarayevin “Yeddi gözəl” baleti Moskva səhnəsində oynanılacaq

Fevralın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Moskvadakı Böyük Teatrın səhnəsində böyük bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletini təqdim edəcək. Oxumağa davam et

Sabir Məmmədov – Aktyor. Film səsləndirən. Mətn oxuyan.

 

Sabir Novruz oğlu Məmmədov

Sabir Novruz oğlu Məmmədov

Həyatı

Məmmədov Sabir Novruz oğlu (24.01.1961) 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilən Sabir Məmmədov, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır: Xöşbəxt Adam («Park» R.İbrahimbəyov), 1-ci ərizəçi («Lənkəran xanının vəziri» M.F.Axundov), Hüseyn («Bəxt üzüyü» V.Səmədoğlu), Toğrul («Uca dağ başında» V.Səmədoğlu), Xəlil («Müvəqqəti ər» R.N.Güntəkin) və s. Oxumağa davam et

Mənzil uzaq, dərd böyük

XX əsr Azərbaycan poeziyasının görkəmli simalarından olan Zeynal Xəlil özünəməxsus yaradıcılığı ilə seçilən, həyatın kəşməkeşli yollarında ağır sınaqlarla üzləşən, qalib çıxan, ilhamla yazıb-yaradan, təravətli əsərləri ilə rəğbət qazanan, ədəbiyyatımızda imzasını əbədi həkk etdirən maraqlı bir şair ömrü yaşayıb. Cəmi 59 il ömür sürmüş bu şairin poetik dünyasında hər fəslin öz rəngi duyulmaqdadır. Erkən çağlarında üzləşdiyi yetimliyin çətinliklərini, həyatı boyu zamanın bütün ağırlığını, ictimai-siyasi çəkişmələrini, 1937-ci ilin repressiyalarının törətdiyi fəlakətin vahiməsini, İkinci Dünya müharibəsinin soyuq səngərlərinin fəsadlarını varlığından keçirərək həmişə özünü məğrur, qürurlu aparmağı, poeziyasının baş qəhrəmanı olan İnsanı məhəbbətlə vəsf etməyi bacardı. Oxumağa davam et

Rejissor Tofiq Kazımov 14 yanvar 1923-cü il Bakıda doğulub

TOFİQ KAZIMOV

TOFİQ KAZIMOV

Oxumağa davam et

1908-ci ildə Şərqdə ilk opera hesab edilən “Leyli və Məcnun”un ilk tamaşası keçirilib.

Leyli və Məcnun təsvir edilmiş xalça


Leyli və Məcnun
— dünya ədəbiyyatının incilərindən biri olub, məhəbbət haqqında dastandır. Şərq xalqları ədəbiyyatına dərin təsir etmiş bu poemaya Nizami Gəncəvi, Dəhləvi, Cami, Nəvai,Füzuli daxil olmaqla əllidən çox sənətkar nəzirə yazmışdır. Oxumağa davam et

Göy rəngin melodiyası hissə 1

Elmi-kütləvi film göy rəngin nəzəri mənalarından bəhs edir. Sığallayır, yüksəklik, sərinləşdirir, inamlı həqiqət, sapfirin parıltısı, incə təmas, bədnəzərdən qoruyur, Allaha olan sevgi, həzin klassik melodiya, rəvan yazılmış yazı. Bunların hamısı göy rəngin xüsusiyyətlərindəndir.

Oxumağa davam et

“Yeni il karnavalı”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı kiçik yaşlı tamaşaçılarını unutmayıb. Belə ki, yanvar ayının 1-dən 5-nə kimi teatrın azyaşlı seyrçiləri «Yeni il karnavalı»nın iştirakçısı olmaq şansını qazanacaqlar. «Yeni il karnavalı» bu günlər ərzində saat 1000, 1200 , 1400, 1600da baş tutacaq.  Oxumağa davam et

Əzizə Cəfərzadə

Əzizə Məmməd qızı Cəfərzadə

Əzizə Məmməd qızı Cəfərzadə

Cəfərzadə Əzizə Məmməd qızı (1921-2003) — yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Oxumağa davam et

Cavanşir Quliyev – Azərbaycan bəstəkarı

Cavanşir Rəhim oğlu Quliyev

Cavanşir Rəhim oğlu Quliyev

Həyatı

1950-ci il noyabrın 22-də Şəkidə anadan olub.

1975-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmişdir. Diplom işi – Birinci Simfoniya. 1978-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında, 1994-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, 1993-2005-ci illərdə Milli Akademik Dram Teatrının Musiqi hissə müdiri vəzifələrində çalışmışdır. Professor Cavanşir Quliyev 2005-ci ildən Quzey Kıbrıs Türk Respublikasındakı Yakın Doğu Universi tetinin Səhnə Sənətləri fakültəsində dərs deyir. Oxumağa davam et