Posts Tagged ‘Mədəniyyət’

AZƏRBAYCAN MƏDƏNİYYƏTİ HAQQINDA ÜMUMİ MƏLUMAT

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.

Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Oxumağa davam et

Azərbaycan musiqi mədəniyyəti

Azərbaycan musiqisi – millətin bənzərsizliyini tə’yin edən incəsənət sahələrindən biridir. Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri özünəməxsuz ənənələrin çoxəsrlik tarixi formalaşma prosesinin və inkişafının nəticəsidir. Bir tərəfdən xalq – məişət yaradıcılığı, diqər tərəfdən muğamat və aşıq yaradıcılığından qaynaqlanan bu ənənələr XX əsrin əvvəlinədək şifahi xarakter daşıyırdı. Oxumağa davam et