Nüsrət Kəsəmənli – Şair, publisist

Həyatı

Kəsəmənli Nüsrət Yusif oğlu

Kəsəmənli Nüsrət Yusif oğlu

Kəsəmənli Nüsrət Yusif oğlu (1946-2003) – şair, publisist, 1977-ci ildən Azərbaycan Yazıçılaır Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı (1982).

Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən «Bakı» və «Baku» qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969-cu ildə). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985).

60-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. «Boş kəndlərin harayı», «Mövzu üzrə improvizasiya», «Ənbizlərin keşiyində», «Sovet Azərbaycanına səyahət» və s. sənədli filmlərin, «Afroditanın qolları», «Qarabağ əhvalatı» bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.

Fəal ictimaiyyətçi olmuşdur: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir. C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında baş redaktor işləmişdir (1985-ci ildən). «Dünyaya pəncərə» sənədli televiziya verilişinin ssenari müəllifı və aparıcısı olmuşdur (1985-ci ildən).

Filmoqrafiya

  1. Afroditanın Qolları (1987)

  2. Azərbaycana Səyahət (1988)

  3. Doğma Sahillər (1989)

  4. Dünyada Yeganə (1989)

  5. Əmbizlərin Keşiyində (1988)

  6. Goranboy-Oğuz Eli (1989)

  7. Kəndlərin Harayı (1987)

  8. Qurultaydan Qurultaya (1985)

  9. Lətifə (1989)

  10. Monoloq (1987)

  11. Müsəlmanlar Sülh Uğrunda Mübarizədə (1987)

  12. “Neftçi”-87 (1987)

  13. Şerəli və Aybərçin (1989)

  14. Şeytan Göz Qabağında (1987)

Əsərləri

1.Sevirsənsə, B., 1971;
2.Gözlərimin qarası,B., 1975;
3.Özümə bənzədiyim günlər, 1979;
4.Gümüş yuxular, B., 1981;
5.Təklikdə danışaq, B., 1983.

Məşhur şeirləri

Wikisource

Vikimənbədə Nüsrət Kəsəmənli
mövzusuna dair mətn var.

  • Daha nağıllara inanmıram mən

  • Biri vardı, biri yox…

  • Səni unutsam…

  • Vətən alov etsin odunu sənin

  • Mənsiz qalacaqdır bu dünya bir gün

  • Oğru olmaq istəyirəm

  • Ağacın altında kölgə

  • Qoyunlar yeyəcək canavarları…

  • Məhəbbətdən küsəndə

  • Yoxdusa

  • Mənim o ağaca yazığım gəlir…

  • Mənə inanmırsan bir yuxu kimi

  • İnanma əzizim, inan əzizim

Mənbə

Az.wikipedia.org


Bir şərh yazın