Posts Tagged ‘Aktyor’

Ağasadıq Ağaəli oğlu Gəraybəyli (Gəraybəyov) (15 Mart, 1897, Şamaxı-1988, Bakı). Aktyor

Milli teatrımızın inkişafı yolunda sənət fədailərindən biri də teatrı varlığından artıq sevən, obrazlar qalereyası yaradan, tamaşaçı alqışı qazanan, dövlət mükafatlarına, fəxri adlara layiq görülən Ağasadıq Gəraybəyli olmuşdur. Ağasadıq Gəraybəylini səhnədə, ekranda, həyatda çox görmüşük. Bilirik ki, roldan-rola girməyini elə səhnədəcə qoyub evinə bəy kimi daxil olardı. Oxumağa davam et

Nəsibə Zeynalova – görkəmli satira ustası, Azərbaycanın xalq artisti (1967)

Oxumağa davam et

Unudulmaz sənətkarlar – Möhsün Sənani

Sənət dünyamızda əbədiyaşarlıq qazanmış sənətkarlardan söz düşəndə ilk xatırlananlardan biri də Xalq artisti Möhsün Sənanidir. O, milli aktyorluq sənətimizin inkişafına, teatr sənətimizin və kinomuzun parlaq gələcəyinə layiqli töhfələr verib…
Oxumağa davam et

Sabir Məmmədov – Aktyor. Film səsləndirən. Mətn oxuyan.

 

Sabir Novruz oğlu Məmmədov

Sabir Novruz oğlu Məmmədov

Həyatı

Məmmədov Sabir Novruz oğlu (24.01.1961) 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilən Sabir Məmmədov, teatrın səhnəsində aşağıdakı rolları oynamışdır: Xöşbəxt Adam («Park» R.İbrahimbəyov), 1-ci ərizəçi («Lənkəran xanının vəziri» M.F.Axundov), Hüseyn («Bəxt üzüyü» V.Səmədoğlu), Toğrul («Uca dağ başında» V.Səmədoğlu), Xəlil («Müvəqqəti ər» R.N.Güntəkin) və s. Oxumağa davam et

Həsən Məmmədov – aktyor, Azərbaycanın xalq artisti.

Həsən Ağaməmməd oğlu Məmmədov

Həsən Ağaməmməd oğlu Məmmədov

Həyatı

Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulub. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirib və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.

1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib (1960-1961), Məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Oxumağa davam et

Abbas Mirzə Şərifzadə

 

Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə

Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə

Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə. (12 Dekabr, 1893, Şamaxı-16 Noyabr, 1938,Bakı). Məşhur Azərbaycan aktyoru, rejissor, bədii rəhbər və montaj edən.

Aktyor sənətinin böyüklüyü bəlkə də ondadır ki, bu sənət sahibləri hamı kimi bir ömür deyil, bir neçə ömrün sahibi olurlar. Səhnə yaşantısı bu insanların həyatının mənasına çevrilir. Onlar səhnədə yaratmaq üçün yaşayırlar.

“Sənət qurban tələb edir” sözləri də məhz onların timsalında aforizmləşib. Oxumağa davam et

Pərviz Bağırov – Aktyor. Film səsləndirən.

Həyatı

Pərviz Bağırov

Pərviz Bağırov

Pərviz Sadıq Saleh oğlu Bağırov 12 noyabr 1950-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Akademik Milli Dram Teatrına gələn aktyor teatrın səhnəsində aşağıdakı rolları oynayıb. 7-ci qardaş («Yatmış gözəl və yeddi qardaş» A.Puşkin),1-ci işçi («Knyaz» H.Cavid), Dustaq («Qılınc və qələm» M.S.Ordubadi), Həsrət («Gölgələr pıçıldaşır» S.Dağlı), Rasim («Şəhərin yay günləri» Anar), Hacı Bağdad («Dəli yığıncağı» C.Məmmədquluzadə), Oxumağa davam et

İsmayıl Hidayətzadə

İsmayıl Hüseyn oğlu Hidayətzadə (19 avqust, 1901, Bakı-11 noyabr, 1951, Bakı).Aktyor.

İsmayıl Hüseyn oğlu Hidayətzadə

İsmayıl Hüseyn oğlu Hidayətzadə

“Məhərrəmlik günlərini səbirsizliklə gözləyirdim. Çünki bu zaman məscidlərin həyətində İmam Hüseynin qətlini təsvir edən şəbih-tamaşalar göstərilirdi. Bu tamaşalarda mən əsir uşaq rolunu oynayırdım. Böyük ürək çırpıntısı ilə gözləyirdim ki, nə vaxt mənə əsir paltarı geyindirəcəklər və ata mindirəcəklər”. Bu istək, maraq Azərbaycanın tanınmış aktyoru, rejissoru İsmayıl Hidayətzadənin ilk sənət yanğısıdır.

Bu yanğı sonralar onu səhnəyə aparacaq və səhnədə keçən uzun illərdən sonra o, belə bir qənaətə gələcək: “Məncə, aktyor səhnədə beşmi, onmu, bilmirəm, neçə il yanmalı və oradaca külə dönüb öz sənətkar ömrünü yaşamalıdır”.

Oxumağa davam et