Qız qalasının açılmayan sirləri

Qız QALASI

Qız Qalası

Bu qalanın fəlsəfəi qapısına çox əllər uzanmış, lakin əllər qapıya toxunmuş qapını açıb içəri baxan olmamışdır. Bu qalanın sirri asanlıqla açıla bilən bir tənlik deyilmiş. Nəhayət, Rəbbin verdiyi görünməz və dərkedilməz bir gücü ilə bu müqəddəs qalanın, sirlərlə dolu olan bu qalanın qapısını açmağa cəhd göstərdim. Tapdığım inciləri geniş oxucu kütləsinə çatdırmağı özümə borc bildim. Bu sirləri Azərbaycanın, dünyanın əvəzsiz dahiləri N.Gəncəvi və Ə.Xəqaninin fəlsəfi işığı altında açmağa cəhd göstərdim. Qız Qalasının sirlərini bunlarsız açmaq mənim aləmimdə qeyri-mümkündür. Məhz bu dahilərin fəlsəfəsindən doğan fikirlərlə bu qalanın sirlərini açmaq olar və açmalı oldum. Səyahət edək bu əlçatmaz şairlərin səmanı vəsf edən dünyasına. Öncədən onu deyim ki, orta əsrlər dövründə yazılan əsərlər, oxunan mahnılar (folklor) bayatılar, memarlıq abidələrinin əksəriyyəti göy cisimləri ilə vəhdətdə yaradılmışdır. Fikrimizi təsdiq etmək üçün N.Gəncəvinin “Yeddi gözəl” əsərindən bir sitat gətirək. “Saraylar” o vaxtın astroloji anlayışına görə, hər birinin öz rəngi olan və hərəsi həftənin konkret bir gününü təcəssüm etdirən 7 planetə həsr olunmuşdur.  1. Yaşıl saray – Ay – bazar ertəsi  2. Qırmızı saray – Mars (Mərrix) – çərşənbə axşamı (Məhz bu baxımdan “Qız Qalası” Mars planetinin təcəssümü kimi çərşənbə axşamına gəldikdə isə Novruz bayramının çərşənbə axşamlarının vəsfi kimi inşa edilmişdir ki, bu da atəşpərəstlərin tarixi zərurətinə istiqamətlənir).  3. Mavi (göy) saray – Merkuri (Ütarid) – çərşənbə 4. Sənbəl rəngində olan saray – Yupiter (Müştəre) – cümə axşamı  5. Ağ saray – Venera (Zöhrə) – cümə  6. Qara saray – Saturn (Zühəl – şənbə  7. Sarı saray – Günəş – bazar günü (Yuxarıda yazdığım Sənbəl rəng Hindistanda bitən ağacdır. Ən qiymətli stullar bu ağacdan hazırlanırdı. Ona görə də rəmz kimi tarixə düşüb və xalq mahnılarında da ifa olunur). Beləlkilə, əziz oxucu, qalanın tikilməsinin ilk işarətini bunda qismən də olsa, təyin etdik. Bu baxımdan N.Gəncəvinin “Yeddi gözəl”nin nəyə işarə edildiyini təyin etsək, pis olmaz. Onlarca ədəbiyyatşünasla söhbətdən aydın oldu ki, “Yeddi gözəl” yeddi qızın vəsfi kimi verilmişdir. Ancaq şairin şərtaltı sözləri bunu qəti şəkildə inkar edərək yeddi gözəlin, yeddi müqəddəs planetə istiqamətləndiyini özündə əks etdirir. “İsgəndərnamə”də yazılır: qədim astronomiyaya görə, yeddi planet olmuşdur. Bəzin qesse çon baz-pərdaxtəm, Soye “Həft peykər” fərəs taxtəm. Bu dastanı (“Leyli və Məcnun nəzərdə tutulur) bitirdikdən sonra “Həft Peykər”ə tərəf atımı çapdım. Bu beytdən aydın görünür ki, şair atını yeddi gözələ tərəf deyil, səmalarda yerləşmiş yeddi səyyarəyə tərəf çapmışdır. Təsadüfi deyil ki, Nizaminin xələfləri də peykər sözünü səyyarə, planet mənasında işlətmişlər. Böyük özbək şairi Ə.Nəvai “Həft peykər”ə cavabən yazdığı əsərin adını “Yeddi səyyarə” qoymuşdur.  Peykər çoxmənalı sözdür ki, bu mənalardan biri də cism deməkdir. N.Gəncəvi əsərin özündə heç bir yerdə onun adını “Həft peykər” (“Yeddi gözəl”) qoyduğuna işarə etmir”. Əlyazmaların əksəriyyətində, daş basmalarda əsərin adı “Bəhramnamə” getmişdir. “Həft peykər” adını yalnız bircə dəfə “İsgəndərnamə”də işlətmişdir. Bəhrama gəldikdə – Bəhram bax Mərrix. Bax. ə.f.lüğ. səh.58. Mərrix – Mars planeti, qan kimi qırmızı görünən Mərrix (Mars). Qədim zamanlarda müharibə ilahəsi” mənasında işlədilmişdir. Bax.ə.f. lüğ. səh.58. Məhz bu baxımdan “Qız qalası” Mars planetinin rəmzi kimi qırmızı kərpiclərdən hörülmüş və həmin planetin rəmzlərindən biri kimi əks olunur. Beləliklə, əsərin əsl adı “Bəhramnamə”, ləqəbi isə “Yeddi səyyarə”dir. Bununla bərabər, “Yeddi gözəl” vətəndaşlıq hüququ qazandığı üçün həmin adı saxlamağı üstün biliblər. Təbii ki, “Yeddi gözəl”in qayəsi isə Allahın yer və göy məkanlarını yaradıb bizə bəxş etməsinə işarədir. Bax. “Yeddi gözəl” səh.312. Ağıl sahibləri önündə hər an, Surət bəzəməklə olursan əyan. Sənin varlığın görmək qabiliyyətinə malik olanların qarşısında aydındır. Həmin bəsirət sahibləri sənin surətini yaratdığın, məxluq etdiyin varlığın vasitəsilə görürlər, dərk edirlər. Sənə baş əymədi kim qafil oldu, Dərhal qapısına qıfıl vuruldu. Dinə görə, bəşər cinsinin banisi Adəm bütün mələklərdən üstün yaradılmışdır. O, dünyaya gələrkən bütün mələklər ona səcdə etmiş, lakin iblis (şeytan) bu əməldən boyun qaçırmışdır. Allah onu cəzalandıraraq tövbə qapısını, yəni əfvedilmə qapısını onun üzünə həmişəlik bağlamışdır. Sübhün çırağını yalnız sən verdin, Səhərə quş verdin, quşa dən verdin. Səhərin quşu – günəş, günəşin ruzisi – onun işığı. Başqa sözlə, sən gündüzə günəş bəxş edirsən, günəşə isə işıq. Bir yerdə ki ağıl ayaqdan düşə, Xəyal nə iş görər, çox da əlləşə. Yəni ağıl Allahın zatını, vücudunun sirrini dərk etmək qabiliyyətinə malik deyildir. Biz yeddi fələkdən cüzük bu darda, Yeddi bayırdan da qaldıq kənarda. Yeddi fələk ilahiyyatın xarici mühitini təşkil edir, insanlar isə bu xarici mühitdən kənarlaşdırılır. Əqli-küll əmrində yol tapdı sənə, Cürəti olmadı baca üzünə. Əqli-küll – əşyanı, təbiəti və varlığı dərk etmək qüdrətinə malik olan ağıl. Beytin mənası: əqli-küllə səni dərk etmək qabiliyyəti bəxş etmisən: o, səni arayıb-axtarır, lakin sənə yetişəndə sənin əzəmətinin heybətindən gözünü aça bilmir, o da səni dərk etməyə acizdir. Bu dünya, dünyanı hərlənən fələk, Hay çəkər qapında hər zaman qultək. Bütün göylər, kainat, səyyarələr sənin dərgahının önündə səcdə etmək üçün bir-birini itələyib özlərinə yer axtarır. İlk pərgar xəttinin mərkəz nöqtəsi, Varlığın axırı, ən son töhfəsi. Beytin mənası: göylərdə saxlanan müqəddəs lövhədə (lövhi-məhfuz) Allah öz pərgarı ilə yaratmaq istədiyi varlığının cizgisini çəkərkən Məhəmməddən başlamış və varlığın ən axırıncı yaradılanı Adəm cinsi olduğu üçün həmin cizgini Məhəmmədlə də bitirmişdir. Əhmədi-Mürsəldən başqası məgər, Varmıdır, tanrıya ola peyğəmbər. Əhmədi-Mürsəl – Məhəmməd peyğəmbərin ləqəbi, titulu Əhməd və Məhəmməd adları bir kökdən (Həmədə) olub, hər ikisi şərəfli, şanlı deməkdir. Mürsəl isə göndərilmiş elçi. Əhmədi-Mürsəl – şərəfli, şanlı elçi. Şərin beş təbilini hər an vurandır, Bütün yer üzündə haşlıq Qurandır. Beş təbil (növbə) orta əsrlərdə sultan və şahların saraylarının qabağında xüsusi meydançada gündə beş dəfə (növbə) nağara və şeypur çalaraq, saray sahibinin əzəmətini faş edərmiş. Şərin (yəni şəriətin) beş təbili – islam dininin beş rukünün dayağı, sütunu (Tövhid, səlat, soun, zəkat və həcc). İkinci misrada orijinalda belədir: “Yer vilayətinin dörd balış qoyanı”. Dörd balış – burada taxt mənasında işlədilmişdir. Keçmiş zamanlarda şah və sultanların taxtlarının üstünə dörd balış qoyurlarmış. Burada dörd cəhət (şimal, cənub, şərq, qərb) nəzərdə tutulur və bununla da Məhəmməd peyğəmbərin yer üzünün hakimi-mütləqi olduğu iddia edilir. Kölgənin üzünü ağardan insan, Günəşdir, kölgədən nə bəhs açırsan. Rəvayətə görə, Məhəmmədin kölgəsi olmamışdır. Onun üzü ağkölgəli olmuş, belə də olmalı imiş, çünki günəş (Məhəmməd) olan yerdə kölgə olmaz. Gözlərin tutan “möhrü-məzağ”dır, Bağlanıb durduğu sanma bu bağdır. “Mə-zaqə” – Quranın “ən Nəcm” (XXI) surəsinin 17-ci ayəsinə işarədir, tərcüməsi “O yana baxmadı”. Məhəmməd peyğəmbər öz meracı zamanı göylərdəki gülüstandan keçərkən Allahdan əmr gəldi: “Sən ətrafa baxma ki, diqqətin dağılmasın”. Məhəmməd bu kəlamı gözləri üstünə qoydu və o kəlam sürmə kimi onun gözlərinə dərman oldu. 2-ci sətirdə bağ yer üzündəki dünyanın, gülüstan isə göylərdə yerləşmiş müqəddəs sidr ağacının rəmzi kimi işlənmişdir. Həmin sidr ağacı Quranın “ən Nəcm” surəsində sidrət əl-müntəha – ən axırıncı sidr adı ilə təsvir olunmuşdur. Ərşin – Allah taxtının yanında yerləşmiş ilahi ağac. Bu ağaca mələklər belə baxa bilmirlər. Məhəmməd öz meracı zamanı sidri yaxından müşahidə etmişdir. Yeddi min il sonra gəldi cahanag Dini rəvayətə görə, dünyanın yarandığı gündən qiyamət gününə qədər yetmiş min il keçəcək. Məhəmməd isə dünya yaranandan yeddi min il sonra anadan olmuşdur. Qeyd etmək istəyirəm ki, orta əsrlər dövrünün şairləri bütün əsərlərində dini əlamətlərə xüsusi yer vermiş, hər bir hadisəni dini ideologiya üstündə işıqlandırmağa çalışmışlar. Bununla yanaşı, maddi və mənəvi bütün abidələrin hamısında bu məsələ xüsusi yer tutmuş, bütün mənəvi dəyərlər göy cisimləri ilə vəhdətdə götürülmüşdür. Çəkidiyimiz misallar isə bunların bariz nümunəsidir. Bəli, bu bədii gəzintidən sonra astronomiya və ondan doğulan astrologiya aləminə baş vurmağımız sanki bir zərurət doğurur. Astronomiya ulduzları öyrənən elm, astrologiya isə onların insanlara təsirini və ya insanların ulduzlarla görünməyən bağlılığını öyrənən elmdir. Fələkə üstürlab ənkəbutunun, Telindən tor hörmüş nəzəri onun. Üstürlab – astrologiya. Qədimdə ulduzların yerləşdiyi yüksəklikləri bu alət vasitəsilə ölçərdilər. Beləliklə, açaq ulduzların sirli-sehirli dünyasını müqəddəs Qız qalasının sirli qapısını açmaq üçün. Şahdır səxavətin yeddi qardaşı, Qadını varlıqda analar başı. Yeddi qardaş – yeddi planet, vücudun anaları – dörd ünsür (su, od, torpaq, yel çərşənbələri). Geniş qüdrətinə göyün yaxşı bax, İkicə çörəkdir var-yoxu ancaq. Göyün süfrəsinin ikicə çörəyi – ay və günəş. Ulduzlar isə sanki bu iki müqəddəs varlığın kəməridir ki, bunların vəhdət dövriyyəsindən insan hərəkət, həyat tərzini bəhrələndirir. Açaq göstərək oxuculara bu həyat dövriyyəsinin sirlərini. Sur bəxti tapmışdı onda zamana, Zöhrə sahib idi onda dövrana. Zöhrə – çalğı, rəqs və şənliyin hamisidir. O, sur (öküz) bürcündə qərar tutanda yer üzündə həm sabitlik, firavanlıq, həm də çalıb-oynamaq, şənlik, ziyafət məclisləri, eyş-işrət bərqərar olur. Qövsdə yerləşir parlaq müştəri, Müştəridir onun qövsünün yeri. Qövs həm bürcün adı, həm də kaman deməkdir. Müştəri planetinə xoşbəxtlik gətirən qövs bürcüdür. Yəni müştəri kimi əzəmətli olan Bəhram öz kamanının (qövsünün) oxunu müştəri planetinə tərəf atdı ki, qövslə müştəri yaxınlaşıb ona səadət gətirsin. Günəş Surda olar bahar zamanı, Suru dolandıran ay varmı, hanı? Bahar fəslində günəş öküz və buzov bürclərində mənzil salır, məcazi mənada. Günəş buzovu öz çiynində aparır. Şair çox obraz yaradıb, dolayı yolla Fitnəni ayla, divanı isə öküz bürcüylə müqayisə edir. Beytin mənası bahar fəslində çiynində buzov gəzdirən “günəş” görmüşdük, amma buzov gəzdirən “ay” görməmişdik, eləsi varmı? Balıqdan başlayıb yetişdi aya. Mahi-balıq, mah-ay. Bu sinonimdə məna – balıqdan aya qədər, yəni yerdən göyə qədər (yeri öz üzərində saxlayan əfsanəvi balıq nəzərdə tutulur). Xaqanla bəhratək vuruşdu Bəhram. Bəhram Mars planetinin qədim adıdır. Mars isə müharibə ilahəsi sayılır. Qorxudan ödünü zöhrə qusurdu. Zöhrə – (planet) və zöhrə (öd). Yəni Bəhram o qədər qan tökdü ki, zöhrənin qorxusundan bağrı yarıldı və öd qusdu. Arasında o tac qara şirlərin, Bir aydı ağzında iki əjdərin. Qədim təsəvvürə görə, ay tutulanda guya onu əjdaha udurmuş, odur ki əjdahanı qorxudub ayı onun ağzından çıxarmaq üçün mis teşti – ləyəni döyərək səs-küy salarmış. Əsəddə qurmuşdu taleyi taxtı, Sabitdi, möhkəmdi olduqca baxtı. Yəni Bəhramın taleyi öz taxtını əsəd-şir bürcündə qurmuşdu, bu isə qüdrət rəmzidir. Ütarid ülkəri ona bir eşdi. Ütarid (Merkuri) planeti günəşə yaxınlaşmışdı, bu isə qədim astroloqların nəzəriyyəsinə görə, səadətə dəlalət edir.  Zöhrə Surə keçdi, Müştəri qövsə, Bu ev zinətlənib döndü firdovsə. Zöhrə (Venera) planeti sur (öküz bürcü), Mütşəri (Yupiter) isə qövs bürcünə yaxınlaşmağı şənlik, çalıb-oynamaq, nemət bolluğu, rifah əlamətidir. Firdovs behişt, cənnət deməkdir.  Hilal onda idi, altıda Bəhram. Hilalın – təzə ayın onuncu bürcdə, Bəhramın (Marsın) altıncı bürcdə olması həm ziyafət, şənlik, xoş güzəran, həm də müharibə əlamətidir.  Uzadıb əlini zühal mizana,  Toplanmışdı xəzinə yerdən keyvana. Zühal (Saturun) palnetinin mizan bürcündə olması varlıq əlamətidir. Odur ki Bəhramın var-dövləti sanki yerdən Keyvana (Saturna; Zühəl ərəbcə, keyvan isə qədim Fars dilində (Fars yox) Saturn deməkdir) qədər ucalırdı. Günlərin birində böyük sənətkar, Bəhramın əlindən aldı şirin nar. Bəhram – Mars planeti, yəni həm Bəhram -surun, həm də onun hamisi şəmsi (günəş) təqvimində hər ayın iyirmisində aydın və parlaq görünən Bəhramın (Marsın) əlindən şirin bar-xeyir dua alıb işə başladı. Dedi: “Tədris idi zöhrəyə məkan, Evdə oturmuşdu Bilqeys Süleyman”. Tədris – altı bucaq. Zöhrə təsdisdə – yəni altı planetin ortasında oturması, məhəbbət və xoşbəxtlik rəmzidir. II Hissə Bu yeddiörtüklü, altıbarmaqlı, Birgözlü, dördəlli, doqquzayaqlı. Bu beytdə kainatın təsviri verilir – yeddi fələk, altıbarmaq – altı tərəf, şərq, qərb, şimal, cənub, aşağı və yuxarı, birgöz – günəş, dördəl – dörd ünsür: od, su torpaq və hava, doqquzayaq – doqquz göy (ərşi fələk) verilmişdir. Müjdəylə qanadlandı şadlıq quşu ülkərə, Yeddi lələk saldırdı bu uçuşu ülkərə. Şadlıq quşu göylərə ucalıb sürəyyanın yeddi lələyini sındırıb ondan da yüksəklərə qalxdı. Sürəyya yeddi xırda ulduz pleyedasıdır. Yeddi lələk həmin ulduzlara işarədir. Sur zöhrənin mənzilidir. Zöhrə isə şadlıq, sevinc və musiqi ilahəsi sayılır. Sən ey yerdə fələyin fələyini heyrətdə qoyan insan, Yer də, göy də nazınla daim oynayan insan. İnsanın şərəfli olub nazlanması onun Allah tərəfindən kamil yaradılmasıdır. Quran “ət Fin” surəsi 4-cü ayə: “Biz insanı ən gözəl şəkildə yaratdıq”. Buna görə də fələklə günəş, ay, ulduzlar və bütün təbiət ona qulluq etmək üçün yaranmışdır. Bunun müqabilində insanın bütün qayəsi yaxşılıq, xeyirxahlıq, insanpərvərlik olmalıdır, özündən aşağı pillədə duran həmcinslərini – heyvanları belə incitməməlidir. Bəşəriyyət özünə tam səadət yaratmaq istəyirsə, o təbiəti kor-koranə, bir anlıq mənfəət naminə korlamamalıdır. Onu mühafizə edib qorumalıdır. Rəsəd – ulduzlar aləminin tədqiqi deməkdir. Buna görə də rəsədxana müasir dildə observotoriya adlanır.  Öküz bürcünə bax sən diqqətlə, Yükünü yer kimi öküzə yüklə. Mənzilin öküzdür, olsan da zöhrə, Öküz üstündəsən getsən hər yerə. Bu beytlərdə işlədilən öküz sözü üç məfhumu ifadə edir: 1) öküz bürcü (ərəbcə lovr) 12 bürcdən ikincisi, 2) dinə görə, küreyi-ərz öküz üzərində qərar tutmuşdur; 3) zöhrə (Venera) ulduzu kimi nə qədər gözəl olsan da, məkanın öküz üzərindədir. Zöhrə ulduzu öz hərəkəti zamanı səmada həmişə öküz bürcünə daxil olur. Beytə görə, məna belədir: sən nə qədər çalışsan da, yenə dünyada çətinlikdən yaxa qurtara bilməyəcəksən. O, yeddi tayfada gözəl, uludur, Aydan baliğatək onun quludur. Dini əfsanəyə görə, küreyi-ərzin öküz üzərində, öküzün isə (nəhəng) üzərində durduğuna işarədir. “Balıqdan aya və ya aydan balığatək” ifadəsi klassik poeziyada həmişə bütün dünya məfhumunu əvəz etmişdir. Günəşi göylərdə dolanan zaman, Sancıb saraltmadı əqrəbtək əzan. Tüstülənən bir teşt vardı əlində, Gəzib od saçırdı o, Zəndə, Çində. Yırtırdı aslantək iti caynağı Gah öküz sağrısı, gah gur dırnağı. Əqrəb sözü burada əqrəb bürcü mənasındadır. Astrologiyaya görə, günəş əqrəb bürcünə girəndə havalar soyumağa, qış yaxınlaşmağa başlayır. Aslan sözü də aslan (şir) bürcünü bildirir. Günəş bu bürcə girəndə havalar çox isti olur. Zənd və Çin sözləri burada ekvatora yaxın isti ölkələri bildirir. Sancıb saraltmadı əqrəbtək xəzan – yəni hələ payız girməmişdi. Parçanın mənası: yay fəsli idi, hər çıxanda günəş çox yandırıcı idi. Beləliklə, əziz oxucular, bu yazıda biz Nizami Gəncəvinin astreoloji fikirləri ilə tanış olduq. Onun təfəkkürü ilə bağlı göy cisimləri ilə tanış olduq. Bu tanışlıq bizə andırdı ki, klassik peziyanın bəzəklərindən ən vacibi məhz göy cisimləri olmuşdur. Həmçinin bu fikirlərdən aydın olur ki, orta əsrlər dövründə astronomiya dövrünə görə, lazımi şəkildə inkişaf etmişdir. Əgər Şərqin belə zəngin səma cisimlərinin öyrənilməsi olmasaydı, bəlkə də Qərbin indiki sivil astronomiyası bu şəkildə inkişaf etməzdi. Bu dövrlərdə rəsədxana təkcə Marağada yox, həmçinin Şirvanşahlar dövlətinin elmi qollarından biri olmuşdur. Ümumiyyətlə, şərqin bir sıra ölkələrində, Şirvanşahlar dövlətinin bir sıra ərazilərində göy cisimlərini öyrənən illərdə hündür yerlərdə qalalar tikilmiş, “Qız qalası” adı altında fəaliyyət göstərmişdir. Sual olunur nə üçün bu qalalar məhz qız qalası kimi adlandırılmışdır. Qız dedikdə həqiqətənmi hansısa nüfuzlu bir şəxsin qızı üçün və ya onun xanımı üçün tikilmişdir. Ümumiyyətlə, Qız qalası fərdi şəxsə görə tikilib, yoxsa bəşəri bir varlıq üçün tikilib. Məhz bu prizmadan məsələyə varsaq, onda məqsədə, demək olar ki, yaxınlaşmış olarıq. Deməli, “qız” məfhumunun mahiyyəti mənası ortaya qoyulmuşdur. Bu sualın cavabını isə mənim mülahizəmə görə, yalnız folklorda axtarmağa dəyər. Tarixin ən qiymətli inciləri sayılan folklorumuzda bu məsələyə çox yer verilmişdir. Böyük şairin dediyi kimi, atımızı sürək folklor dünyasına onda taparıq istək dünyamızı. Buna keçməzdən əvvəl “Qız qalası” haqqında deyilənlərə bir az nəzər salaq. Bəzi məlumatlara görə, “Qız qalası” hansısa şah tərəfindən qızına hədiyyə kimi tikdirilmişdir. Başqa bir məlumata görə, şah gənc bir qızla evlənmək istəyir. Qız buna razılıq vermir. Uzun bir vaxt əldə etmək üçün bu qalanı ona hədiyyə vermək üçün tikdirməyi təklif edir. Yaxud şah öz qızına aşiq olur, (bu məlumat 90-cı illərdə Azərbaycanı gözdən salmaq üçün rus mətbuatında da dərc edilmişdir) qız ondan canını qurtarmaq üçün bu qalanı tikdirməyi ondan tələb edir. Qala inşası başa çatanda qız özünü qaladan atıb öldürür. Onun xatirəsinə görə də bu qala “Qız qalası” adlanır. Bu haqda şair Eldar Nəsibli kəskin şəkildə əks cavab yazır: Ehey, yalan-yanlış əfsanə yayan, Böhtanlar yağdıran Qız Qalasına. Şah olsun, qul olsun, ata atadır, Ata tamah salmaz öz balasına. Əlbəttə, bu əfsanə ya naşılıqdan, ya da məsuliyyətsizlikdən doğulan bir əfsanədir. Düşmənlər də bundan asanlıqla və məharətlə istifadə edir. Digər bir məlumata görə, “Qız qalası” qız kimi toxunulmaz, müqəddəs, qala kimi qiymətləndirilmişdir. Onu da qeyd edim ki, belə adda bir qala da Kislovodskda da var. Guya orada qaraçı bir qız özünü atasının hücumundan xilas etmək üçün qaladan atıb. Guya onun şərəfinə bu qala tikilib. Əksinə, Türk dünyasının hər yerində bu adda qala var ki, bu da ulduzların şahı olan günəşin rəmzi qalasıdır. Əlbəttə, bütün bunlar heç bir məntiqə, yəni elmi-tarixi məntiqə söykənməyən fikirlərdir ki, məlumatsızlıqdan, qeyri-tədqiqatdan kənar fikirlər kimi ortaya atılmışdır. Ümumiyyətlə, hər hansı bir maddi varlığa münasibət iki prizmadan irəli sürülür. 1-ci gözlə baxıb, gözlə təfəkkürün əlaqəsindən yaranan fikir, 2-ci isə təfəkkürlə görüb, təhlil edib gözün vəhdəti ilə bağlanan fikir. Yəni varlıq təfəkkürdə yoğrulub görmə ilə tamamlanır. Bu baxımdan “Qız qalası” qalanın özü ilə yox, qalanın adı ilə qiymətləndirilməlidir. “Qız qalası”nın mahiyyəti onun özündən çox məhz adındadır. Yenə də bunun həlli folklora bağlanmağa gətirib çıxarıb. Yazının əvvəllində N.Gəncəviyə istinadən irəli sürdük ki, hər bir abidə rənginə görə ulduzlarla əlaqələndirilmişdir. 1) Yaşıl saray – (Ay) bazar ertəsi; 2) Qırmızı saray Mars (Mərrux) çərşənbə axşamı (məhz bu baxımdan Qız qalası Marsın timsalında ulduza və günəşə bağlı qala olmuşdur), çərşənbə axşamı – bunun da Novruz bayramı ilə əlaqəsi atəşpərəstliyə bağlanır) (Qırmızı rəngdə); 3) Mavi (göy) saray – Merkuri (Utarid) – Çərşənbə; 4) Sənbəl rəngində olan saray – Yupiter (Müştəri) Cümə axşamı. 5) Ağ saray Venera (Zöhrə) cümə günü. 6) Qara saray – Saturn (Zühəl – şənbə). 7) Sarı saray – Günəş – bazar günü. Hətta buna aid kiçik film də çəkilib. Səndələ gəldikdə bu ad folklorda, xalq mahnılarında da öz yerini tapır. Dərdin alım (xalq mahnısı) Otağına səndəl düzüm, Yar, sənsən iki gözüm. 1) Səndəl – Hindistanda bitən gözəl iyli və çox bərk ağac; 2) Səndəli, səndəl ağacından hazırlanmış stul, kürsü. Qız kimi toxunulmaz, incə, zərif, gözəl qala isə buna hər hansı bir şəxsin şəxsi baxışı kimi qiymətləndirilməlidir. Bütün bunları ümumiləşdirəndə belə qənaətə gəlmək olar ki, “Qız qalası” haqqında elmi, sanballı bir fikir ortaya qoyulmamışdır. Məhz bu baxımdan Qız sözünün və ondan doğulan mahiyyətin arxasınca gedək. Mifologiyada və folklorda bizim axtarışında olduğumuz qız, İlahə, Sənəm, Gülgəz, Çadralı qız, Qara qız, Nargilə, Şahsənəm və s. adlar fomrasında işıqlanmışdır. “Abbas və Gülgəz” dastanında deyilir Abbas tərəfindən Bir Sənəmə aşiq olmuşam Desəm öldürərlər, deməsəm ölləm. 1) Sənəm – bütpərəstlərin sitayiş etdikləri heykəl və ya büt 2) gözəl sevgili 3) Sənəmmənzər – gözəl üxlü göyçək, sevgili. (Bax. ə.f.lüğ.səh. Bu İbrahim p.ə. ki, İlahi Sənəm Günəşə aşiq olub. Desə bütpərəstlər onu öldürəcək, ona görə ki, üzünü göyə tutduğu üçün bütpərəstliyin əleyhinə gedir. Deməsə, İlahi sevgi, Allaha olan eşqi izhar olmasa dözməyib öləcək). 2-ci mahnıda “üç gül” Yarın baxçasında üç gül açıbdır, Ağ gül, qırmızı gül, bir də sarı gül. Ağ gül burada ay, qırmızı gül ulduz, sarı gül bürada Günəş nəzərdə tutulur. Fikrimizi təsdiq etmək üçün 2-ci bəndə baxaq. Ağca gülün qapısından baxmalı, Qırmızı gülü dəstə-dəstə tutmalı. Sarı gülü tər buxaq altından taxmalı. Əlbətdə gülün qapısı olmur. Burada gül müqəddəslik və rəmzi xarakter daşıyır. Ağca gül burada aydır. Kainata məhz ilkin olaraq ayın qapısından baxırıq. Qeyd etdiyimiz kimi ağ rəngdə saraylar ayın rəmzi-rəğbəti kimi tikilirdi. Qırmızı gülü dəstə-dəstə tutmalı Təbii ki, qırmızı dəstə gül ulduzlara işarədir. Sarı gülü tər buxaq altından taxmalı. 1) Sari-gedən, hərəkət edən. 2) Sari – sirayət edən, təsir edən. (Bax. ə.f.lüğ. səh. 535. Bu isə təbii ki, bizə həyat verən Günəş deməkdir həm də hərəkət edən). Tər buxaq altında taxmalı qızıldan olan ayparadır ki, qızlar gəlinlər onu, tər buxaq altından boyunlarına asırlar. Baxın burada gül birbaşa ulduzlara işarə edilir. Nəhayət, İbrahim qurbandır gülün üçünə. Sual olunur hansı İbrahimdir bu? İbrahim peyğəmbər deyilmidir bu? Bəli odur, ulduza üzünü tutmasının vəsfidir bu. İllah Sari (Sarı yox) gül. 1) İlah-Allah, tanrı 2) İlazə-qadın allah,sənəm. 3) İlahi-Allaha aid, allaha dair. Yerdə olmayan, yerdə tapılmayan. (Bax.ə.f.lüğ.səh 238). Başqa bir mahnıda “Üç meyvə” Meyvələrdən üç meyvə var üçüdə balam yeməli, Biri alma, biri heyva, biri nar. Alma sənin, heyva da sənin, nar mənim Balam, nar mənim. Alma sənin, heyva da sənin, nar mənim. Sual olunur nə üçün nar mənim balam nar mənim. Nar günəşin bir adıdır. Alma deməli ulduz, heyva ay, İbrahim bunlarla razılaşmış, sonda nar mənim deməklə Günəşə üzünü tutub Rəbbin sənə şərik qoşulanlardan deyiləm. Deməklə bütpərəstliyi inkar edib, ilk dəfə bəşər tarixində Nuhdan sonra Rəbbə üzünü tutub Allahın varlığını ortaya qoyur. Nəhayət 3-cü mahnı “Üç yol” Yollardan üç yol var üçü də balam getməli Biri yoxuş, biri eniş, biri düz. Yoxuş sənin, eniş də sənin, düz mənim Balam düz mənim. Burada da yoxuş ulduz nəzərdə tutulur, eniş ay nəzərdə tutulur, düz isə ulduzla ayın arasında olan təbii ki, günəş nəzərdə tutulur. Yoxuş (ulduzu), enişi (ayı) inkar etməklə Günəşdə dayanır. Bildirilir ki, Günəş həyat bəxş edən Allahın rəmzlərindən biridir. Baxın bu üç mahnıda Günəş necə lokonik şəkildə təsvir olunur. Qız-Sənəm sözünün bu bir mahiyyəti. Gülgəz və Abbas. Ab-göz yaşı Aba-əcdad, ata,baba. As-nüfuzlu adam, mənbə, məxəz (Bax.ə.f.lüğ. səh-8-23). Abas (Abbas) dastanda məhz İbrahimin vəsfidir. Dastanın mahiyyəti onun keşməkeşlərinin mahiyyətidir. (Bunlar 1-ci dəfədir ki, açılıb işıq üzü görür). Ümumiyyətlə, Abas sözü, adı indiyə qədər açılmayıb. Şirvan şikəstəsində deyilir. Mən Abasam (Abbas) gəldim burda qalmağa, Şirin cana eşq olunu salmağa. Bəli, bu beyt İbrahim meracdan qayıtmasına işarədir. Yerdə bu eşq-Allah eşqi onun canına od saldı. Meracda ilk dəfə İbrahim p.ə. olub. Bu misalların sayını yüzlərlə çəkmək olar, buna dair istənilən qədər faktlar var, əlbəttə folklorumuzda Gülgəz isə. Gül müqəddəsliyə işarədir. Gəz-isə oda işarədir. (Avestada yazılır ilkin od Gəz (ənə) düşdü təbii ki, bu yerdə Atəşgah deməkdir. Od ilkin mənada göyə Günəşə bağlanır. Demək Abbas və Gülgəzin mahiyyəti İbrahimin Günəşə sevgisindən, bu yolda onun çəkdiyi əzablı yollardan bəhs edir. (Bütün bunların hamısı Qız adına, sözünə bağlanır). “Çadralı qız” Folklor nümunəsidir bu mahnı. Ay çadralı qız, Qalmışam yalqız. Bayram axşamı, Bəzənib hamı. Təbii ki, Novruz bayramıdır bu baharın rəmzi Günəşdir çadralı qız. Yəni buludlarla, onların arasında olan günəş. (Buludlardır onun çadrası). Qızlar durun yandırın şamı, Nə gözəldir bayram axşamı. Razı deyil bu qızın anası, De neyləsin, bu suyun sonası. Mücərrəddə fəlsəfəyə bağlanan lokonik işarələrə baxın. Nə gözəldir bayram axşamı Razı deyil bu qızın anası De neyləsin, bu suyun sonası. Təbii bu qızın anası deyəndə bütpərətslərə işarədir. De neyləsin bu suyun sonası dedikdə, işarə vurulur ki, suya (şərə) bağlanan qüvvələr, bütpərəstlər Rəbbə üz tutmağıma mane olur və məni incidirlər. Belə olan halda su-şər qüvvələri arasında olan bu müqəddəsliyə bağlanan adam neyləsin. Bulaq başında, Çatma qaşında Aşiqəm sənə,  Çox gənc yaşımda, Ay Çadralı qız, çadralı qız. Bəli, bu Günəşə, çadralı qıza aşiq olan İbrahimdir ki, on beş yaşında ona vəhy gəlmiş, bütpərəstlər onu sehrbaz hesab etmişlər. Öldürmək istəyiblər lakin, buna nail ola bilməmişlər. İyirmi bir yaşından tərkidünya olub guşənişin olmuşdur. Gənc yaşında aşiqlik budur. Sonda otuz bir yaşında onu oda atmışlar. Heyran boyuna, Düşdüm oyuna. Canım qurbandır, Gözəl boyuna. “Düşdüm oyuna” deməklə böyük qüvvə olan bütpərəstlik dünyasının girdabına düşüb aşiq. Ancaq buna baxmayaraq aşiq bildirir: “canım qurbandır sənə”. Bəli dünya tarixində ilk dəfə İbrahim sonra da oğlu İsmayıl Rəbbə qurban veriblər özlərini.  Bütpərəstlərdir qızın anası (əcdadı) günəşə sitayiş etdiyinə görə oda atdılar onu, od dönüb gülüstana çevrildi. Rizvan mələyinin bazubənd göndərdiyinə görə, o oddan xilas oldu. Rizvan – 1) islam əsatirində cənnətin köməkçisi və qapıçı mələyin adı; 2) behişt- Bütün bunlar uydurma deyil, acı həqiqətlərdir. (mən belə düşünürəm). “Qara qız” (xalq mahnısı) Ay Qara qız, getmə sənə sözüm var, Aləm bilir gözlərində gözüm var. Ayaq saxla sənə gizli sözüm var, Ay sənə sözüm var. Qara qız – Böyük qız, qədim astronomiyaya görə, Günəş ulduzların ən böyüyü sayılırdı. (Bəli, budur qız qalasının bir rəmzi). Aləm bilir – yəni hamıya məlumdur ki, eşq, eşq dünyasının əsası, tacı “Leyli və Məcnun” meydana gəlmiş (dünyanın ilk Leylisi aydır, Günəşdir, Leyli – günəş və ay deməkdir bax.f.lüğ. səh.312-313). Qara qız çıxıbdır dağın başına, Xonçalar yığılıb qızın başına. Mən qurbanam qara qızın qaşına, Ay nənəm qaşına. Günəşdir dağın başından boylanır. Xonçalar yox, xançalar olmalıdır. Xana oxunan nəğmələrə deyilir. Xançalar – oxuyanlar onu vəsf edir, onun eşqinə, sevinc bəxş edən şüalarına mahnılar qoşur, nəğmələr oxuyur. Amman, aman mən ölürəm Amman – xalq, kütlə deməkdir qara camaat. Artıq İbrahim dərdini camaata açır. Onun ilahi xəstəliyinin məqsədinə çatmadan öləcəyini bəyan edir. Alırsan gəl al canımı, Almırsan mən ölürəm.

İnsan isə qırx yaşına çatana qədər mənəviyyat aləmindən çox şeylər itirir. Odur ki düşüncəli insan gərək cavanlıqda mənəviyyatın qəsri olan ürəklə dostluq etsin, təbiətin arzu və həvəslərinin qabağını alsın (bax: “Sirlər xəzinəsi”, səh.169). Qız qalasında hörgülərin sayı 99 bir məna verir, 2 qüllə, 3 alçaq günbəz isə bir yerdə edir 5 (cümə). Bu hörgülərin sayının ayrılıqda fəlsəfi mahiyyətini Bilal Şirvaninin “Leyli və Məcnun” əsəri üzrə açmağa yönələk. Baxın görün ki “Qız qalası” nə dərəcədə sirli-sehrli bir abidədir (Bilal Şirvani: “Leyli və Məcnun” əsəri, 2003, Bakı, “Azərnəşr”). Abidədə Şirvanın ana mahiyyəti öndə durur: 1-ci halda – “Əxi”lər kimdir? Əllah-Təala buyurub ki, onlar, yəni “Şəməxi”-İL olanlar Əllahın xeyirxah insanlarıdır. Mərdimazar yox, xeyirxah, yəni Seyid Yəhya kimi şəxsiyyətli adamlar. 2-ci halda, yəni Əllah-Təala buyurub ki: “Ey “Şəm”, sən Əllahın öyündə qəbulsan”. Yəni Qobustan yox, Monqol-Tatar söhbəti yox, Qobu yox, qəbulsan. Ey “Şəm”, sən Əllahın öyündə qəbulsan. Yəni Şəməxi elə bir şəmdir ki, Əllahın məhəbbətindən əxi tək (əxi qardaş deməkdir) mayatutmuş cəm ayədir. Əlif, lam, mim təki indi də “cəm ayə” məsələsi. 3-cü halda, yəni Quranın surəsinin içindəki kimi, cəm ayəsən. Söhbət burada “şəm”in şöləsindən gedir. O şölə ki “cəmayə” halında zikr edir Əllaha. Nur öz sahibini tanıyır. Bu da ətrin şöləsi nur savabında. 4-cü halda Əllah-Təala deyir ki, ey Rəsuliəllah, sən Əllaha uyğun bəndəsən. O surətin hər an Meracda zikr içindədi. Mənə layiqsən. Əllahın öyü dərgahında Merac bənd olduğu yerdə “Qabıssan” olub. Adəm əleyhissəlamın mülkü Qabıssandadır. 5-ci halda isə 2-ci beytin qıfılbəndi – burada məna ətri “Gülsüm dəniz”indən gedir (Xəzərin ilkin adlarından biri “Gülsüm”dür). İzahatı: Əllah-Təalanın yaratdığı məkanda – Haqq torpağında, Qabıssanda suyun yaradıb, havası ilə birlikdə atəşin cəm edib birgə məkanında. Yəni “od, torpaq, hava, su” məsələsi “cəm ayə” məsələsidir. İkinci beytdəki “cəm ayə” ilə üçüncü beytdəki “cəm ayə” arasında Haqqın dərgahı durur. Bu dərgah daxilindəki iki beytin içində “99″ batini behişt məsələsi var (təsbeh dənələrinin rəmzi). Bu iki beyti həftənin “cümə günü” qədər beş halda nəzərdən keçirib qisməti hali olduq… Bu baxımdan “Qız qalası”: Zahiri aləmin batini eşqi, O məna mülkündə haqq minarəsən. Qərar tutmaz idi hökmündə fərman, Dügah aləmində bir dübarəsən. Daxili aləmin sədəf içrə ləl, “Haqqın dəryası”nda dürr ifadəsən. Şəmin şöləsinə yığışmış idrak, Dünya mülkü üçün bir fərrarəsən. Pərvanə “şəm”indən kənara düşməz, Binəsi haqq hörmüş o bir qibləsən. Canlı o aləmin tərkib hissəsi, Şərti bu aləmdə o işarəsən. “Ayinə mülk”ünün məntiq açarı, “İdrak”da qıfıldı, çat qərarə sən. Yaxşı olar gedib ordan gələsən, Əlçatmaz dünyanı görüb biləsən. Budur Qız qalasının fəlsəfi vəsfi. Bəli, bu qala min illərin mənəvi dünyasını özündə cəm edən maddi, əvəzsiz bir abidədir. Qız qalasının təkcə mənəvi dünyasından cildlərlə kitab yazmaq olar. Qız qalası Türkiyə başda olmaqla bir çox ölkələrdə Azərbaycanın isə bir çox bölgələrində, o cümlədən Şamaxıda, Qarabağın bir çox yerlərində vardır. Deməli, bunu ümumiləşdirdikdə bəşəri bir simvol ortaya çıxır ki, bu da qədim atəşpərəstlərin müqəddəs saydıqları günəşin – “şəmin” rəmzidir. Oğlan qala, Qız qalaya gəldikdə isə bunlar döyüşlə, qabiliyyət və məğlubiyyətlə bağlı olan qalalardır. Bunlar döyüşün nəticəsini bildirən işarə qalalarıdır. Qızsan, yoxsa oğlan. Əgər qalibiyyət varsa, sonrakılara, arxadakılara işarə olunur ki, Oğlan qalada tonqal yandırmaqla arxayınçılıqdır. Əks təqdirdə Qız qalası yandırılır. Qız qalasının kərpiclərinin rənginə gəldikdə isə bu 3 rəngi özündə birləşdirməklə 3 qüllə – uca, orta, aşağı (yan-yana üç tikili) – bunlar günəş, ay və ulduzun rəmzidir. Ə.Xaqaniyə görə: Layiqdir göydəki üç bacı alsın, Şerini ləçəktək başına salsın. Və ya: Üç bacı – 3 ulduz deməkdir. İnsan 3 pillədən sonra yarandığı kimi, 3 kitabdan sonra nazil oldu dünyaya Quran (3 pillə – camaat, nəbatət və heyvanat). IV hissə Qız qalasının iki qülləsi, son yüksəklikdə iki dairə – bu, “cövza” adlanır. Bu isə Ə.Xaqaninin əsərlərində öz əksini tapır. Kəsdi salxımımı qara oraqla, Qəzavü-qədərdən dərs alan cövza. Cövza istər qayaüstü rəsmlərdə, istərsə də Qabıssan xalçalarında xüsusi yer tutur və xüsusi məna daşıyır. Bu, ulduzşünaslıqda 12 bürcdən biridir. Həm əkiz uşaq, həm də bitişdirilmiş qövs (oraq) şəklində göstərilir. İnsanların bir kökdən olmasına işarədir. Yəni Adəmin nəsli məhv olandan sonra Nuhun törəməsindən ibarət olmasının göstəricisidir. Yadda saxlamaq lazımdır ki, tarixə görə Adəm, gücə görə isə İbrahim birincidir. Çünki o, insanları yeganə olaraq Allaha, Rəbbə tərəf döndərdi ki, onun da vətəni dininə görə adlandırılan Azərbaycandır. Qabıssan qayalarında qövslə yanaşı, ağac şəkli də var ki, bu da bəşəriyyətin şəcərəsidir, yəni dünya buradan təkan almışdır. Təsdiq üçün baxaq xalq mahnılarına. “Pinəçi mənəm” xalq mahnısı Pinəçi mənəm, pinəçi mənəm,  İşləmişəm mədarım keçmir, ay aman (aman – xalq deməkdir). Bu qışı burada, bu qışı burada, Qışlamışam, mədarım keçmir, ay aman. Mədar – mərkəz, istinad nöqtəsi, özəl təməl, xərçəng tropiki (bax: ə.f.lüğ., səh. 339). Yəni dünyanın mərkəzi həyatındayam. Dünyanın başlanğıc nöqtəsi buradır. Buradan çıxır mənim dolanacağım. Xərçəng tropikidir bura. Xərçəng dünyanın bir nöqtədən paylanmasına, qol-budağının artmasına işarədir. Lakin burada dolanacağım keçmir, məni incidirlər, mənə qarşı çıxırlar. Qarşı çıxan, təbii ki, dinin yaradıcısının əleyhinə çıxan bütpərəstlərdir. “Bu qışı burada, bu qışı burada” – burada zərdüştlərin qışlaqlarından söhbət gedir. Yəni eyni həyat tərzi mənim imkanlarıma mane olur. Əgər Qız qalasını yanı üstdə qoysaq və ya aşağı ilə yuxarı hissə nəzərdən keçirilsə, iki dairə yenə göy və yerin rəmzini verir (dügah). Zərdüştlərdən qalan musiqi alətləri hamısı bürclərin rəmzidir. Qaval (dəf) qırmızı və ağ rəngdə dairə formasında günəş və ayın rəmzidir (ağ və qırmızı xına rəngində). Dairənin içindəki halqalar isə ulduz və bürclərin rəmzidir ki, günəşi və ayı dairəyə alıb ki, bu da onların kəməridir. Bu fikri bağlayaq “Şirvan şikəstəsi”nə. Deyirəm: dar gərdənə tökülübdür hörmələr, Gümüş kəmər incə belə dürmələr. Dar – böyük ev, yer, məkan, məqam, dari dünya, axirət evinin əksi; dara sahib mülk. (bax: ə.f.lüğ., səh. 136). Günəşi “dünya evi” sayır aşiq. Məhz günəşin həyat mənbəyi olduğuna işarə edir aşiq. Bu dünya evinin arxasındadır axirət evimiz (son hesabat oradadır, buna arxayın olun). Hörmələr dar gərdənə tökulüb. 1. Gərdən – boyun. 2. Gərdun – dolanan, dönən fələk, göy. Hörmələr günəşin şüalarıdır ki, bu şüalar olmasa, həyatın olması mümkün deyildir (“Yallı” rəqsinin bir simvolu da dövretmə ilə ilk həyat mənbəyinə dolanandan sonra yenidən oraya qayıtmadır). Gümüş kəmər incə belə dürmələr. Gümüş kəmər – ay, yer, ulduzlardır ki, günəşi əhatə edib onun ətrafında fırlanır. Baxın, əziz oxucular, mənəvi zərlə maddi zərin vəhdətinə. Hər bir tarixi hadisə bu üsulla açılmalıdır, “köçürmə üsulu ilə yox”. A.A.Bakıxanov yazır: “Nə qədər oxusan da, istedad ola bilməzsən. İstedad olmaq üçün bir az Allah vergisi olmalıdır”. İ.Nəsiminin dediyi kimi, sözün özündə axtarmaq lazımdır mənanı. Mən bu açmaları məhz “Şirvan şikəstəsi”nə qulaq asa-asa açıram. Bu açmaları N.Gəncəvi, Ə.Xaqaninin əsərlərindən başqa hansı əsərlərdə axtarım mən. O müqəddəslərin hələ nəfəs və əl dəyməyən fəlsəfələridir bunlar. Onun qulluğunda öpərək yeri, Sədi-əkbər kimi, qayıtdım geri. (Ə.Xaqani) Sədi-əkbər – xoşbəxtlik aləmini bildirən ulduz adıdır. Fəzada əvvəl irəli, sonra isə geri hərəkət edir. Ə.Xaqani Cəmaləddinin nəsihətlərindən çox faydalar alaraq bundan sonra xoşbəxt olacağı ümidi ilə “İraqdan geriyə döndüm” demək istəyir. Beləliklə, əziz oxucum, Qız qalasının iki dairəsini orta xətt birləşdirir. İki dairənin xətti isə kəmər rolunu oynayır. Zərdüştlərin bel kəməri ağ və qara ipdən toxunurdu.  Ağ ip ağ qoyunun yunundan, qara ip qara qoyunun yunundan toxunurdu. Cəmi 72 sapdan toxunurdu bu kəmər. 72 ip İbrahimə gələn ilkin 72 rəngdən, dürdən ibarət idi (ana rəhbərdir bunlar, bunlara 72 nur da deyilir). O zamanlar 7 dövlət, 72 xalq var idi. Bunların 26-sı Azərbaycanda idi. Onlar orada İsgəndərə qədər yaşayıblar. Həmin kəmər dini ayinlərdə (atəşpərəstlərin) belə bağlanardı. Bibisi də Yusifi bu kəmərlə şərə salmışdır İlk dəfə bu kəməri İbrahim p.ə. (Zərdüşt) taxmışdır. Baxın Qız qalasının sirli dünyalı işarələrinə, yaxşı baxın. Beləliklə, musiqi aləti dəfdən (qavaldan) danışıb ulduz rəmzini (Günəş və Ay) təsdiq etdik. Kamança arxası üstə Əqrəb bürcü deyilmi? Tütək 8 deşik yuxarıda, biri isə aşağıda ərşi-fələk – göyün qatları deyilmi? Səkkiz – mələklərə qədər olan məsafə, doqquzuncu – Allah dərgahı. Qoşa nağarada böyük dairə Günəşin, kiçik dairə isə Ayın rəmzidir; qoşa nağaranın dairələrinin iplərlə toxunması bürclərin rəmzi deyilmi? Əgər Qız qalasını rezin şəklində 20 – 30 sm-ə qədər sıxsaq, qoşa nağara formasını almazmı? Yaxud iki dairə qalanın yuxarısında, ikisini birləşdirən xətt sıxıldıqda tarın oxşarlığı ilə Tərəzi bürcünü əks etdirmirmi? Bunların sayını, əziz oxucular, istənilən qədər artırmaq olar. Baxın tariximixin sirlərinə, əgər o, sivilizasiya, qara qüvvələrlə qarşılaşmasaydı, inkişaf hara gedib-çıxardı? Təəssüf. Şifahi xalq yaradıcılığı öz həlli prizmasını həsrətlə gözləyir. Heç vaxt itməyəcək bunlar, nə qədər avropalaşsaq da, gen heç vaxt itməz deyərlər.  Qız qalasının bir tərəfində müxtəlif meyilliklə 8 pəncərə qoyulmuşdur ki, bu pəncərələrin hər biri günün saatının tələblərini ödəyir. Qədim astronomlar xüsusi alətlərlə hər pəncərənin öz saatı ilə ulduzları müşahidə edib öz ilkin astronomik biliklərini əldə etmişlər. Doqquz pəncərə də ərşi-fələyin rəmzi olan doqquzluqdur ki, bu da qalanın rəsədxana olmasına işarədir. Bundan əlavə, Qız qalasına aşağıdan-yuxarı baxanda 8 rəqəmi öz təsdiqini tapır. Yəni aşağıdan dərgaha gedən yol, mələklərə qələr bizimlə əlaqəsi olan qatlar. Ondan yuxarı, yəni 9-cu qatla bizim, yerin əlaqəsi kəsilir. Biz yalnız mələklərə bağlanırıq. 9-cu qatın sirlərini ancaq və ancaq bizə mələklər çatdıra bilər. Bizim tərzi-hərəkət qiymətimizi 9-cu qata onlar çatdıra bilər. Beləliklə, mələklər yerlə-göyün müjdəçiləri və ya çaparlarıdır. Bilal Şirvaninin dili ilə desək: Bu doqquz aləmin sahibi Xaqan, Qurmuş ərşin vaxtın, öz saatı var. Aləmi-Aləmdən ayırmış memar, Çəkib-çəpərləmiş, yeddi qatı var. Dəlilə, sübuta ehtiyac yoxdu, Yaranmış aləmin öz isbatı var. İşıq sürətindən milyard dəfə çox, Xəbər çatdırmaqçün öz çaparı var. Sürəti hesaba gəlməyən çaparlardır Allahın mələkləri. Maraqlıdır ki, Qız qalasına göydən baxanda isə 9 rəqəmi görünür. Demək, qalanın bir rəmzi də 8 və 9 müqəddəs rəqəmini verir. Ümumiyyətlə, hər bir rəqəm müqəddəslik rəmzidir, təkcə 7 rəqəmi yox! Yek – vahid Allah, dü (iki) – göy və yer (ana, övlad), se (üç) – İbrahimin üç ulduza üzünü tutması, çahar (dörd), dastanlarda deyildiyi kimi: Al cavabını verim danaçı qardaş, İnsan olan dördcə şeydən hasildi: Abü, atəş, xakü, baddan xəlq oldu, O ruhdur ki, dördü beşdən asılıdı. (Xak – torpaq, ab – su, atəş – od, bad – külək, yəni varlığın dörd ünsürü). Pənc (beş) – müsəlman günü, beş namaz, şeş (altı) – dünyanın altı gündə yaranması, həft (yeddi) – bəşəriyyətin əsası olan insanın yaranması, 8 – mələklər olan qat, 9 – Allah dərgahı. 10g Əbədi dünyanın məhsuluvur o, Bilmə qızılgültək aləmlər solur. Örtülü aləmlər gizli saxlanıb, Çünki orda abır, həya qorunur. Bütün yaranmışdan irəli tanı! Gördün onu əgər, sən ayağa dur. Sıfır, bir, iki, üç, bir də ki dörd, beş, Altı, yeddi, səkkiz, doqquz, bir də ki ondur. İki əl içində onluq yaradan, Ovucun içində əlini yumur. (Bilal Şirvani) Budur, əziz oxucu, rəqəmlərin müqəddəs rəmzləri ki, bizim varlığımız bu onluqla başlayıb, onunla da sona çatır, ikinci həyata vəsiqə alır. Doxsan doqquz aləm, öz dünyasıyla, Bu min bir gecədə tam dəstgahı var. Hər bir o dəstgahın aləm zəvvarı  Qibləsindən gəlir, öz dərgahı var. Nəzərsiz deyildir dünya Aləmi, Onda qərar tutmuş öz segahı var. Gümədir insanın müqəddəs günü, Əhli müsəlmanın o pənçgahı var. Hər nə varsa, bil ki, Quran içrədir, Yazıb o göndərmiş, çün məramı var. O söz mülkünün gör təxtü-tacında, Arifi-Şirvantək öz ehkamı var. (Bilal Şirvani) Demək olar ki, Qız qalası Şirvanşahlar dövlətinin başdan-başa ehkamları ilə doludur. Şəmin ocağıdır, isinin burda, Ocaq Qabıssandı küllüyyatı var. Özü yaratmışdır bağ-bağatını, Adın şöləsində əslin zatı var. Qərarın vermişdir o Pərvərdigar, Aləmin aləmdə öz həyatı var. Qasırğa qoparsa, nalə çəkər ah, Çovğunlu tufanın qiyamatı var. Yığılıb cəm olun siz o Aləmə, Dərdimin öz dərdi, muğamatı var. (Bilal Şirvani) Bəli, əziz oxucular, mənim Rəbbdən güc aldığım yaradıcılığım beş ünsürdə öz tamlığını tapır və ya bu beş ünsürə bağlanır: qayaüstü rəsmlər; Qabıssan xalçalarındakı işarələr; folklor; muğamat və bir də mənalarla dolu abidələrimiz. Allah bunları dərk etmək üçün işıqlı bir göz vermişdir mənə. Zühuru günəştək qürub edir hal, Gör nədi, Yarəb, bu, Şəbi-hicranı var. Dünya axirətdi, biz də kəcavə, Bir vaxt gələn köçər, çün karvanı var. Leyli və Məcnunu yaratmış ki o, Çün öz qanımızdan, onun qanı var. Canı o iliydi sümük içində, O da can yaradır, Yaradanı var. (Bilal Şirvani) Qız qalasının tarixi dövrünə istinadən A.A.Bakıxanov yazır: “Bakıdan türkmən sahillərinə quru yol getdiyi xalq arasında çox məşhurdur” (Axund Əbdülsəlam Axundzadənin “Müqəddəs peyğəmbərlər tarixi” əsərində də bu fikir təsdiqini tapır). “Şərq sahillərində yaşayan əhali, at belində buraya (Bakıya) çapqına gələrmiş. Bakı şəhəri qarşısında dəniz içərisində indi də görünən bürclərdən, hasarlardan, qəbir daşlarından və tarixçilər tərəfindən bu şəhərin keçmiş vəziyyəti haqqında yazılan təsvirlərdən məlum olur ki, dörd-beş yüz il bundan əvvəl abad olan yerlər indi su altında qalmışdır. Ehtimal ki, bir zamandan sonra bu yerlər yenə zahirə çıxsın. Yadımdadır, 40 il bundan əvvəl Bakı qalasının divarı iki arşın suyun içində idi, sonralar tədriclə, xüsusən bu dörd-beş ildə dənizin səthi təqribən üç şah arşını aşağı enmiş və yenə də enməkdədir. Lakin yuxarıda söylənən əlamətləri buna nisbət vermək, hər halda, qəti hökm vermək müşküldür. Bu böyük məsələ ayrı tədqiqat və mülahizələrdən asılıdır. İnkar etmək olmaz ki, Bakı ölkəsində Bilgəh, Zirə, Bibiheybət və s. kəndlərdə və bəzi adalarda daşlar üzərində dənizə doğru gedən araba yolları görünür. Bakı şəhərində Hacı ağa Hüseyn oğlu Hacı Babanın otağının yerində quyu qazdıqları zaman dəniz səthindən aşağıda daşla döşənmiş bir yol çıxmışdır. Bakı ilə Salyan arasında da, dəniz sahilindən təxminən səkkiz çoğrafi mil aralı, suyun altında böyük bir şəhər vardır” (bax: “Gülüstani-İrəm” əsəri, səh. 36-37). Yazdıqlarımızdan məntiqi bir nəticə çıxır ki, iki şah arşını suyun aşağı enməsi ehtimal edir ki, Qız qalası yeddi metr suyun içində qaya üstündə olmuşdur. Suyun qabarması və çəkilməsi nəticəsində sonralar bu qala sahildə qalmışdır. Dənizin sahilinə qalanın yaxın olması da buna işarədir.a

Qız qalasının daxili görüntüləri

Ya mənim istəyim doğulmalıdır, ya da mən ölməliyəm. Başqa yol yoxdur, ola da bilməz. Səni mən yar sevirəm. “Yar” Allaha deyilir ki, bu da fikrimizi təsdiq edir (min bilən, bir bilməyəndən canını qurtarsın).

“Stəkanın deşilsin”

Stəkanın deşilsin,
Suya ağı tökülsün.
Sizin bağın meyvəsi,
Bizim bağa tökülsün.

Əslində, “iskan” olmalıdır, yəni yüksəklikdə duran məskən. İskan – məskən saldırma. Əhali yerləşdirməklə bir yeri abadetmə. Bax. ə.f. lüğ. səh. 250. “Suya ağı tökülsün” – şərə, şər qüvvələrə zəhər verilsin, məhv olsun. Göy pərdəsi açılsın, cənnət görünməyən tərəfdən görünsün, oranın meyvələri, müqəddəslikləri bizim bağa tökülsün, yəni müqəddəsliyi dərk edib dünyanın idarəetməsini ona tərəf döndərək və ya onun istəklərinə tabe edək.

Qaşı kamanım gəl-gəl

Bunlar isə aya, günəşə üz tutmağın vəsfidir.

“Qara zülfün”

Qara zülfün sal hər yana,
Gözlərin bənzər ceyrana.
Bir dənə zülfünü vermərəm,
Şəki, Şirvan, Səlyana.

Ay qız, mənə bir bax, bax.

Burada söhbət qız zülfündən yox, günəşin şüalarından, nurundan gedir. Yəni nurlu şüalarını yay hər yana. “Gözlərin bənzər ceyrana” – təbii ki, ceyran “Zənd Əvəstada” göstərilən ahu-məazdır. (“Avestada təhrif” olunub ahura-məzra deyilir). Ahu- məaz – müqəddəs sığıncaq yer olan atəşgahdır. Ona görə də ceyran və maral müqəddəs sayılır. “Bir dənə zülfünü vermərəm Şəki, Şirvan, Səlyana” – bu da ilkin müqəddəs məkan olan qədim Qabıssanın sonradan olan qədim Şirvanın ilkin xəritəsidir. (Qabıssanın ilkin adı olub: “Şam, Zəng, Gərd, “Ziyarilər”, nəhayət, Qabıssan. Rus tarixçiləri isə bu yeri “Kabrıstan – Kabıstan” adlandırıb, yəni həqiqi mənası qədim Qabıssan deməkdir. (Qobustan yox)).

Ay qız, mənə bax, bax.

Təbii ki, qız burada günəş nəzərdə tutulur.

Hərdən mənə bax, bax.

Yəni buludların arasında sayrışan günəşə işarə edilir (qız məhfumunun biri də budur).

“Ölürəm, ay ellər qızı”

Çini tuman viz-vizi,
Ölürəm, ay ellər qızı.
Dodaqların, yanağın,
Lalə kimi qırmızı.
Çini tuman viz-vizi.

“Çini tuman” – buludlardır lay-lay. Günəş və ay da sanki onlar arasında rəqs edib aşiqə naz satır. Belə gözəlin vurğunu olmaya bilmirsən. Ellər qızı günəşdir.

Dodaqları, yanağı,
Lalə kimi qırmızı.

Axşamüstü günəşin qırmızı olmasına işarədir.

Başında şal badamı,
Mən alaram qadanı,
Ay ellər qızı.

“Başında şal” – badamı buludlara işarədir.
“Mən alaram qadanı, ay ellər qızı” – günəş və ay bütün ellərin, bütün dünyayanındır. Onlar hamının həyat mənbəyidir. Müqəddəs “qız” sözünün mənalarından biri.
“Sürməli qız”

Sudan gələn sürməli qız,
Çox incidir kuzə səni.
Elə naz ilə sən gəlirsən,
Aparırlar bizə səni.

“Sudan gələn sürməli qız” – günəşin vəsfi kimi verilir. “Çox incidir kuzə səni” – bütpərəstlərin səni danmasına işarə edirəm. Sənin naz ilə gəlməyini, yəni sənin gözəlliyini, qismətini, əvəzssiz varlıq olan mahiyyətini mən bilirəm. Məndən başqa bunu dərk edən yoxdur. “Aparırlar bizə səni” – bunu deməklə aşiq bildirir ki, bütpərəstlər səni danır, sənin gözəlliyini yalnız mən dərk edirəm.
Bəli, əziz oxucu, bu mahnıların sayını yüzə çatdırmaq olar. Ancaq günəşin vəsfinə yazılan mahnılar minlərcə olub, lakin az bir qismi bizə çatıb. Mənim bu mahnıları önə çəkməkdə məqsədim müqəddəs “qız” sözünün məhz günəş və ulduzlarla bağlı olmağını sizə çatdırmaqdır. Yəqin ki, yazılarımda qismən də olsa, buna nail oldum. Demək, Qız qalası dedikdə şəxs yox, bəşəri bir qız, bizə bütün dünyaya həyat mənbəyi olan qız, yəni günəş və ulduz sistemi nəzərdə tutulmalıdır. Qız qalasının yazlış formasına gəldikdə bu, “Qız qala” (sı) belə olmalıdır. Yəni “Günəş qala” deyilməlidir. Deməli, bu qala sığınacaq qalası yox, ulduzları öyrənən astronomik bir qaladır.
Rəsədxana ilkin olaraq dahi N.Tusi ilə bağlanan Marağa rəsədxanası deyil, həm də Şirvanşahlar dövlətinin böyük elmə bağlanan rəsədxanası da olmuşdur. Olmaya da bilməzdi. Qız qalasının giriş qapısı rəsədxana qapısıdır. Müdafiə qapısı böyük və qalın olmalıdır. Folklorla bağlı son mahnıları da sizə çatdırmağı özümə borc bildim.

Göydə ulduz əllidir,
Əllisi də bəllidir.
Aşnabazlıq edənin,
Gözlərindən bəllidir.

Yəni göydə əlçatmaz və dərkolunmaz ulduz sistemi var. Bu sistemi yaradan Allahdır. Aşnabazlıq isə çoxluq təşkil edən (sitayiş mənasında) bütpərəstlərə işarədir. Yəni sizin Allahınız bu cansız soyuq bütlər deyil, ərşi fələkdə oturan, gözəgörünməyən, dərkolunmayan Rəbbinizdir. Başqa bir mahnı:

Nar-nar nargilə,
Durun gedək yargilə.

Nar – günəş deməkdir. Gilə isə tək, yəni əvəzsiz günəş. “Durun gedək yargilə” – (yar Allaha deyilib ilk dəfə) barmağı ilə göyə işarə edir ki, yar (Allah) göydədir ay bədbəxtlər, bu bütlərdən əl çəkiniz.

Nar-nar-nar əkdim,
Yanında gilənar əkdim.

Nar – günəş, yəni günəşə üzümü tutdum, gilanar isə ulduzlar nəzərdə tutulur ki, günəşin sanki kəməridir.
Əziz oxucu, buradan bir məntiqi nəticə çıxır: ulduza, günəşə, aya əvəzsiz mənəvi incilər yazan bir xalqın bu inciləri özündə əks etdirən maddi abidəsi olmaya bilərmi? Əlbəttə, yox. Deməli, Qız qalası bu mənəvi incilərdən doğulan bir qaladır. Göy və yerin vəsfi kimi bu qala tikilmişdir. Qala sözünün özünə gəldikdə isə onun da tələffüzü düzgün vurğulanmır. Əslində, elmi nöqteyi-nəzərdən bu söz belə yazılmalı və deyilməlidir.

1. Qalə – ərəbcə keçmiş zaman feli olub “dedi” mənasındadır (bəli, məntiq yerindədir, Qız qalası öz adı ilə mənasını bizə bildirir və ya üzünü bizə tutub deyir ki, mənim qiymətimi, mənamı hecalaya-hecalaya yox, intonasiya ilə deyin və vurğulayın). Bax. ə.f.lüğ səh 103.
2. Qalə – dördmənalı sözdür. 4-cü mənası möhkəm deməkdir. Bax. ə.f lüğ səh 116.
Qala sözünə bu lüğəti prizmadan yanaşsaq, Qız qalası öz məntiqinə bağlanan söz kimi özünü və dediklərimizi doğruldur.

Bu dərə buz bağladı,
Dibi yarpız bağlaldı.
Gəlin vurub oxladı, aman,
Yaramı qız bağladı.

Yəni bütpərəstlər İbarahimə yaralar vurmuşdu. Bu yaralardan o, yarpız kimi, saralıb-solmuşdu. Sonda isə ölümə məhkum edilmişdi. “Beyə” yəni günəşə beyət başlayanda artıq bütpərəstlik ölümə məhkum edildi. Bununla da onun 16 illik yaralarını “qız – günəş”, günəşə sitayiş bağladı.
Beyt evi də (kəbə) məhz Azərbeycanda doğulmuşdur. Türk ozanı Ozan Arifin dediyi kimi:
Hüseyn bey, bu dünyada bir işe,
Yaramadan bu dünyadan köçmək yok…
Arif der ki, yakalayıb o çağı,
Hüseyn bey, aşacağız o dağı.
Azad Karabağı, hür Karabağı,
Göremeden bu dünyadan köçmək yok…

Bu şeir parçasında bey (günəş) olduğu kimi vurğulanır. Bay, Boy, Bey sözlərinin dürüst araşdırılmasının vaxtı çatmayıbmı? Qız qalasının məhz həqiqi adlarından biri də “Bey qala” (Günəş qala) olmalıdır.

Qız qalasının görünməyən tərəfləri

Zərdüştlərin ilkin dini məbədlərindən olan atəşgahın, odlar diyarının, “Avesta”da yazılan ilkin üç odun (atəşgah – Pirallahı və yanar dağ – Məhəmmədi. Bax. Ş.Qabıssanlı “Muğamat və İbrahim geyğəmbər” kitabı) məkanının simvolu kimi “Qız qala” (Günəş qala) tikilmişdir. Təkcə ruslar deyil, qədim dövrdə avropalılar (yunanlar, romalılar, o cümlədən hindlilər) da müqəddəs ilkin od məkanı kimi buraya ziyarətə gəlmişlər. Məhz buna görə də Azərbaycana “Odlar diyarı”, “Günəşli Azərbaycan” deyiblər. Min illər üzə çıxarılmayan ilkin din İbrahim dini olub burada. Alban (peyğəmbər ocağı) təhrif olunmuş Qəbələ (Qəblə, Qabilə, yəni ana qiblə) adları bunları tam təsdiq edir. Hacıqabul xanəgahı, Safi Novruz, Kiş və Udin xanəgahları olub. Bu nişanlar Qız qalasında da özünü əks etdirmişdir. Bu qala XII – XIV əsrlərdə tikilsə də, onun rəmzi əlamətləri “Zənd Əvəsta” üzrə (“Avesta”) atəşpərstliyə bağlanır. Göstərdiyim xalq mahnıları bunları tam təsdiq edir.

Getdim gördüm bağda yatıb,
Qara teli gülə batıb.
Məni yalqız qoyub yatıb,
Cüdey, cüdey, cüdey.
Bizim ellər otlu olur,
Qoyun yeyir, südü olur.
Yar söhbəti şirin olur,
Cüdey, cüdey, cüdey.

Cüdey – qütb ulduzu deməkdir. Bax.ə.f.lüğ. səh 766. Yüzlərcə, minlərcə olub mahnılar, hansı ki tam Zərdüştlərin həyat tərzini əks etdirib. İbrahim ilkin olaraq bütpərəstlərin əleyhinə çıxaraq Rəbbə üz tutub. Bunların rəmzi kimi və dövlətin ələmlərindən biri kimi, Qız qalası inşa olunub. Təəssüflər olsun ki, xarici ölkə vətəndaşlarının buraya axıb gəlməsinin gen yaddaşı onlara lazımi səviyyədə çatdırılmayıb. Qabıssan qayalarında olan yeddi min işarə vaxtında oxunsaydı, Qız qalasının onların mirası kimi tikilməsi sadə zərurət kimi qarşılanardı. Bunları təsdiq etmək üçün Qız qalasının fəlsəfi elementlərini təhlil etməklə dediklərimizə aydınlıq gətirmiş olarıq.
1. Qız qalasının qapısı ilkin olaraq göstərir ki, bu qapı döyüş və bağlı qapı yox, sığınacaqla bağlı qapı yox, ulduzları tədqiq edən alimlər, fərdi adamlar qapısı kimi özünü göstərir. Qalanın arxasında yerdə olan nehrəyə oxşar küp isə göyün rəmzi kimi qoyulmuşdur. N.Gəncəvinin dediyi kimi:
Göy rəngli küpün altında nə qədər inləyək biz?
Könül quldurlarından qurtar öz yaxanı səng

Küp – göy, səma. Bax. “Sirlər xəzinəsi”. Səh.169 (küp qəbirlərinin rəmzi budur). Qalanın daşlarının hörülməsi sağ və sol qalalarda 40, 80, 99 laylar isə qədim dini mifologiyanın fəlsəfələridir.

İlhamla kamalın özünə yar seçibdir,
Evlənməyə hazırdır, qırx yaşına keçibdir.

Yəni sənin təbiətin ağlının gəlini ilə evlənmək istəyir, lakin o gərək gəlin üçün qırx il yığdığı məbləği başlıq versin. Sən isə indi cavansan, özünə başqa bir həqiqi dost tap, bu dost da yalnız ürəkdir.
Bu sətirlərdən görünür ki, insan təbiəti yalnız qırx yaşına çatanda yetkinləşir, heyvani hissiyyatdan, tamah və dünyəvi arzulardan uzaqlaşaraq ağılla birləşməyə müyəssər olur.

Qız qalasının görünməyən tərəfləri

Zərdüştlərin ilkin dini məbədlərindən olan atəşgahın, odlar diyarının, “Avesta”da yazılan ilkin üç odun (atəşgah – Pirallahı və yanar dağ – Məhəmmədi. Bax. Ş.Qabıssanlı “Muğamat və İbrahim geyğəmbər” kitabı) məkanının simvolu kimi “Qız qala” (Günəş qala) tikilmişdir. Təkcə ruslar deyil, qədim dövrdə avropalılar (yunanlar, romalılar, o cümlədən hindlilər) da müqəddəs ilkin od məkanı kimi buraya ziyarətə gəlmişlər. Məhz buna görə də Azərbaycana “Odlar diyarı”, “Günəşli Azərbaycan” deyiblər. Min illər üzə çıxarılmayan ilkin din İbrahim dini olub burada. Alban (peyğəmbər ocağı) təhrif olunmuş Qəbələ (Qəblə, Qabilə, yəni ana qiblə) adları bunları tam təsdiq edir. Hacıqabul xanəgahı, Safi Novruz, Kiş və Udin xanəgahları olub. Bu nişanlar Qız qalasında da özünü əks etdirmişdir. Bu qala XII – XIV əsrlərdə tikilsə də, onun rəmzi əlamətləri “Zənd Əvəsta” üzrə (“Avesta”) atəşpərstliyə bağlanır. Göstərdiyim xalq mahnıları bunları tam təsdiq edir.

Getdim gördüm bağda yatıb,
Qara teli gülə batıb.
Məni yalqız qoyub yatıb,
Cüdey, cüdey, cüdey.
Bizim ellər otlu olur,
Qoyun yeyir, südü olur.
Yar söhbəti şirin olur,
Cüdey, cüdey, cüdey.

Cüdey – qütb ulduzu deməkdir. Bax.ə.f.lüğ. səh 766. Yüzlərcə, minlərcə olub mahnılar, hansı ki tam Zərdüştlərin həyat tərzini əks etdirib. İbrahim ilkin olaraq bütpərəstlərin əleyhinə çıxaraq Rəbbə üz tutub. Bunların rəmzi kimi və dövlətin ələmlərindən biri kimi, Qız qalası inşa olunub. Təəssüflər olsun ki, xarici ölkə vətəndaşlarının buraya axıb gəlməsinin gen yaddaşı onlara lazımi səviyyədə çatdırılmayıb. Qabıssan qayalarında olan yeddi min işarə vaxtında oxunsaydı, Qız qalasının onların mirası kimi tikilməsi sadə zərurət kimi qarşılanardı. Bunları təsdiq etmək üçün Qız qalasının fəlsəfi elementlərini təhlil etməklə dediklərimizə aydınlıq gətirmiş olarıq.
1. Qız qalasının qapısı ilkin olaraq göstərir ki, bu qapı döyüş və bağlı qapı yox, sığınacaqla bağlı qapı yox, ulduzları tədqiq edən alimlər, fərdi adamlar qapısı kimi özünü göstərir. Qalanın arxasında yerdə olan nehrəyə oxşar küp isə göyün rəmzi kimi qoyulmuşdur. N.Gəncəvinin dediyi kimi:
Göy rəngli küpün altında nə qədər inləyək biz?
Könül quldurlarından qurtar öz yaxanı səng

Küp – göy, səma. Bax. “Sirlər xəzinəsi”. Səh.169 (küp qəbirlərinin rəmzi budur). Qalanın daşlarının hörülməsi sağ və sol qalalarda 40, 80, 99 laylar isə qədim dini mifologiyanın fəlsəfələridir.

İlhamla kamalın özünə yar seçibdir,
Evlənməyə hazırdır, qırx yaşına keçibdir.

Yəni sənin təbiətin ağlının gəlini ilə evlənmək istəyir, lakin o gərək gəlin üçün qırx il yığdığı məbləği başlıq versin. Sən isə indi cavansan, özünə başqa bir həqiqi dost tap, bu dost da yalnız ürəkdir.
Bu sətirlərdən görünür ki, insan təbiəti yalnız qırx yaşına çatanda yetkinləşir, heyvani hissiyyatdan, tamah və dünyəvi arzulardan uzaqlaşaraq ağılla birləşməyə müyəssər olur.

 

About these ads

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: